İki ingilis mağazadan 10 min funt sterlinq dəyərində “Pokemon” kartlarını oğurlayıb, lakin ən nadir və bahalı olanı gözdən qaçırıb.
İnterpress.az xəbər verir ki, hadisə Retford şəhərində baş verib.
Mənfəət naminə pokemonları oğurlayan uydırma cinayətkar təşkilat – “Team Rocket”i real həyatda canlandıran bu şəxslər kolleksiya kartlarını əldə etmək üçün mağazanın anbarının hasarını kəsib və divarın kərpiclərini söküblər.
Daha sonra onlar bütün qəniməti furqona yükləyərək qaçıblar. Lakin avtomobil saxta nömrə nişanlarına görə müşahidə kameralarına düşüb. Nəticədə polis avtomobili izləyərək oğruları saxlayıb.
“Pokemon” həvəskarlarından külli miqdarda bahalı kartlar, eləcə də bir sıra alətlər, o cümlədən balyoz aşkar edilib.
Buna baxmayaraq, oğrular anbarda saxlanılan və dəyəri 1000 funt sterlinqdən çox olan nadir kartı götürməyi unudublar.
Xuraman Etibarlı
İnterpress.az