AZ

Durovdan Telegram ın Rusiya kapitalından asılılığı ilə bağlı İDDİALARA CAVAB

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Bəzi əsassız şayiələrə baxmayaraq, "Telegram" messenceri Rusiya kapitalından asılı deyil.

"Ölkə.az" xəbər verir ki, bu barədə platformanın təsisçisi Pavel Durov öz kanalında bildirib.

"Bu yaxınlarda 1,7 milyard dollarlıq istiqraz yerləşdirməmizdə heç bir rusiyalı investor iştirak etməyib. 2021-ci ildə buraxılmış köhnə istiqrazların əksəriyyəti geri alınıb və problem yaratmır", - o yazıb.

Sahibkar qeyd edib ki, istiqraz sahibləri səhmdar deyillər və "Telegram"ın qərarlarına heç bir təsir göstərmirlər.

"Mən yeganə səhmdaram", - Durov vurğulayıb.

6 yanvarda Financial Times qəzeti bildirib ki, Qərbin sanksiyaları səbəbindən şirkətin bəzi istiqrazları Rusiyada dondurulduqdan sonra "Telegram" təxminən 500 milyon dollarlıq maliyyələşdirməyə çıxışı itirib.

Elvin

Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
3
olke.az

4Mənbələr