ain.az bildirir, Hurriyyet portalına istinadən.
Futbol ulduzu Leo Messi açıqlamasında süni intellektdən danışıb.
O, ChatGPT və digər süni intellekt alətlərindən istifadə etmir:
“Mən süni intellekti istifadə etmirəm; bu, ona qarşı olduğum üçün deyil, sadəcə hələ öyrəşməmişəm və necə istifadə edəcəyimi öyrənməmişəm.”
Messi, həmçinin, əlavə edib ki, həyat yoldaşı Antonela ChatGPT-dən daim istifadə edir:
“Antonela bütün gün ChatGPT-dədir, hər şeydən soruşur — reseptlər, yeməklərlə bağlı suallar, hər şey. Amma mən hələ bu dünyaya daxil olmamışam.” \\Offsideplus.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.