Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, "Şamaxinka" ərazisində hərəkətin təşkilində dəyişikliklər edilir. 20 Yanvar küçəsinin Moskva prospekti ilə kəsişməsində yolun bir hissəsinin istifadə olunmaması və qanunsuz parklanma səbəbindən hərəkət sıxlığı yaranır, geriyədönmə nöqtələrində isə toqquşma riski artır. Hazırlanan layihəyə əsasən, ərazidə nəqliyyat adacıqları yaradılacaq, birtərəfli hərəkət təşkil ediləcək və geriyədönmə yerlərində hərəkət işıqforla tənzimlənəcək. Bu dəyişikliklər kəsişmənin buraxıcılıq qabiliyyətini artıracaq və sıxlığın azalmasına imkan verəcək.
Bəs sözügedən dəyişikliklər nə vaxtdan icra olunacaq?
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat Xidmətindən Metbuat.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda NİİM tərəfindən ərazidə kabel-kommunikasiya xətlərinin çəkiləməsi işləri icra edilir.
“İşlər yekunlaşdıqdan sonra yeni svetoforlar quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə veriləcək”, - deyə açıqlamada qeyd olunub.
Sevinc İbrahimzadə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.