AZ

Uitkoff: ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə irəliləyiş əldə edib

ain.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ nümayəndə heyəti Parisdə keçirilən “İstəklilər koalisiyası”nın görüşü çərçivəsində Ukrayna üçün ikitərəfli təhlükəsizlik zəmanətləri və ölkənin iqtisadi bərpası planı üzrə irəliləyiş əldə edib.APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, danışıqlar zamanı bir sıra mühüm istiqamətlər üzrə, o cümlədən təhlükəsizlik zəmanətləri və iqtisadi inkişaf planı ilə bağlı əhəmiyyətli irəliləyiş qeydə alınıb.Uitkoff bildirib ki, Ukrayna nümayəndə heyəti ilə danışıqlar yanvarın 7-də davam edəcək. Onun sözlərinə görə, yaxın vaxtlarda əlavə müsbət irəliləyiş əldə olunacağına ümid edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
2
apa.az

3Mənbələr