AZ

Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər.

"Cebheinfo.az" xatırladır ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr (katoliklər) və 6-7 yanvar (pravoslavlar)) keçirirlər və o hazırda pravoslavlıq olan ölklərdə rəsmi dövlət bayramı sayılır.

Bayram hazırlığı çərçivəsində evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır.

Qeyd edək ki, Azərbaycanda pravoslav kilsələrində hər il Milad bayramında dua oxunur.

Prezident İlham Əliyev hər il Milad bayramında pravoslav icmasını təbrik edir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
126
8
cebheinfo.az

10Mənbələr