AZ

Belarus millisinin yeni baş məşqçisi AÇIQLANDI

Futbol üzrə Belarus milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, yığmanı Viktor Qonçarenko çalışdıracaq. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssislə 2029-cu ilin sonuna kimi nəzərdə  tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Viktor Qonçarenkonun iş yeri Rusiyanın "Nijni Novqorod" klubu olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
110
1
bizim.media

4Mənbələr