AZ

Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video

Ajans.az xəbər verir ki, mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb.  Görüntülərdən aydın olur ki, toy yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə təşkil olunub. Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib. “Yeni Sabah” saytı isə öyrənib ki, Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib. Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

Seçilən
100
14
Ajans.az

10Mənbələr