AZ

ÇL-də "Qarabağ"a iki qol vuran futbolçu klubunu dəyişdi

style='margin-bottom:10px;'>

Yunanıstanın AEK klubu Macarıstan millisinin futbolçusu Barnabaş Varqanı heyətinə qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Bundan öncə ölkəsində "Ferentsvaroş"un formasını geyinən futbolçu cari mövsüm Macarıstan çempionatında 17 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Macarıstanlı futbolçu UEFA Çempionlar Liqasında 6 matçda 6 qol, Avropa Liqasında isə 6 qarşılaşmada 4 qol vuraraq diqqət çəkib.

Qeyd edək ki, Barnabas Varqanın Çempionlar Liqasının pley-off mərhələsində bu mövsüm vurduğu 6 qoldan 2-ni "Qarabağ"ın qapısından keçirib.
 

Seçilən
107
1
teleqraf.com

2Mənbələr