Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Köhnə Bakı–Astara magistral yolunda traktor aşıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında qeydə alınıb.
Belə ki, pambıq daşıyan “Belarus” markalı traktorun qarşısına qəfildən inək çıxıb. Sürücü qəzadan yayınmağa çalışsa da, buna nail ola bilməyib və nəticədə traktor aşıb.
Qəza zamanı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Sürücü xəsarət almayıb. Traktorla birlikdə aşan qoşqunun (lapetin) altında qalan heyvan isə ətrafdakı şəxslərin köməyi ilə çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
![]()
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.