AZ

Maduronun oğlu atasından danışıb ağladı - VİDEO

Venesuela prezidenti Nikolas Maduronun oğlu Gerra Maduro atasının ABŞ qüvvələri tərəfindən əsir götürülməsindən sonra ictimaiyyətə açıqlama verib.

Adalet.az xəbər verir ki, oğul Maduro Venesuela Milli Assambleyasında çıxışında deyib:

"Ata, bu ailədə hamımızı güclü etdin. Budur, sən qayıdana qədər biz öz borcumuzu yerinə yetiririk. Vətən etibarlı əllərdədir, ata. Və tezliklə burada, Venesuelada bir-birimizi qucaqlayacağıq", - 35 yaşlı parlamentari atasına xitab edərək ağlayıb. 

Venesuela dövlət televiziyası parlamentdən görüntülər yayımlayıb.

Yanvarın 3-də ABŞ prezidentinin əmri ilə ABŞ qüvvələri Nikolas Maduronu və onun həyat yoldaşı Silia Floresi Karakasda ələ keçirərək Nyu-Yorka aparıblar və burada məhkəmə Venesuelalı siyasətçini narkotika-terrorçuluq ittihamı ilə ittiham edib. Venesuela prezidenti və həyat yoldaşı günahını etiraf etmir. 

 

Seçilən
87
50
adalet.az

10Mənbələr