AZ

"AZAL-ın bələdçisi tək təyyarəni yox, hamımız qorudu"VİDEO

Ötən gün ictimai fəal Mətanət Əzizova feysbuk hesabında Praqa aeroportunda, Praqa- Bakı (AZAL) reysinin gözləmə zalından bir kişinin yoxlamadan keçmədən, qanunsuz trapa daxil olması və təyyarəyə tərəf getməsi barədə məlumat paylaşıb.

Xezerxeber.az-ın məlumatına əsasən, o, paylaşımında bildirib ki, həmin şəxsin məqsədi sərnişinlərdən qabaq təyyarəyə girmək olub:  

“Hay küy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən qabaq təyyarəyə girmək idi. 

Onu dayandırmaq üçün 30 dəqiqə ərzində aeroportun təhlükəsizlik xidməti, çox sayda polis, 10-a yaxın qara maskalılar cəlb olundu, sonra itlər, xüsusi qurğular gətirildi. Cinayətkar həbs olundu və əminəm ki, onu uzunmüddətli həbs gözləyir. 

Amma ilk olaraq AZAL-ın bələdçisi cinayətkarın qarşısına çıxdı, onu təyyarəyə girməyə qoymadı”.

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları”ndan (AZAL) bildirilib ki, dünən Praqa hava limanında Praqa–Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb: “Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.

Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
57
2
xezerxeber.az

10Mənbələr