Xırdalan şəhərində hündürlükdən yıxılan qadın ölüb.
Hakimiyyet.az xəbər verir ki, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Könül Əlibəyli çoxmərtəbəli binadan yıxılıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.(Report)