AZ

Lənkəranda ikimərtəbəli evdə yanğın olub – araşdırma aparılır

Lənkəranda ikimərtəbəli evdə yanğın olub. Hadisə səhər saatlarında rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus ikimərtəbəli 8 otaqlı evdə başlayan yanğın bir anda ətrafa yayılıb.

Dərhal hadisə yerinə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan isə AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yanvarın 6-da Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi, daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda həmin müraciət üzrə araşdırma aparılır.

Seçilən
35
2
yeniazerbaycan.com

3Mənbələr