AZ

Niderlandlı futbolçunun qeyri-adi seriyası davam edir

İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Matteys de Lixt qeyri-adi seriyası ilə diqqət çəkir.

Publika.az xəbər verir ki, niderlandlı müdafiəçi peşəkar karyerası ərzində heç vaxt bir baş məşqçinin rəhbərliyi altında ardıcıl 2 mövsüm keçirməyib.

26 yaşlı oyunçu indiyədək çıxış etdiyi bütün klublarda bu halla üzləşib. O, “Ayaks”da Peter Boş, Marsel Keyzer və Erik ten Xaq, “Yuventus”da Mauritsio Sarri, Andrea Pirlo və Massimiliano Alleqri, “Bavariya”da Yulian Naqelsman və Tomas Tuxellə işləyib.

Seçilən
94
9
publika.az

10Mənbələr