AZ

Bu sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edildi

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 6 yanvar 2026-cı il tarixli qərarı ilə "AtaSığorta" ASC-yə müvəqqəti inzibatçı təyin olunub.

Publik.az AMB-yə istinadla xəbər verir ki, qərara əsasən, sığortaçının maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə bu addım atılıb.

Müvəqqəti inzibatçı təyin edildiyi gündən etibarən "AtaSığorta" ASC-nin idarə olunması ilə bağlı mövcud idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər tam şəkildə müvəqqəti inzibatçıya keçir.

Seçilən
100
8
publika.az

10Mənbələr