AZ

Məhkəmə Fənərbaxça və Qalatasaray ın futbolçularını həbsdə saxlayıb

Apasport portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədə məhkəmə mərc oyunlarına görə saxlanılan "Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları ilə bağlı qərar verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, məhkəmə “Qalatasaray”ın futbolçusu Metehan Baltacı və “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşı həbsdə saxlayıb.

Qeyd edək ki, onların həbs müddəti bu gün başa çatırdı.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətə “Futbol mərc oyunları araşdırması” kimi tanınan işin ikinci hissəsi çərçivəsində “Qalatasaray”ın futbolçusu Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi aşkarlanıb. 

Eyni zamanda, “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın başqası vasitəsilə qanuni mərc oyunlarında iştirak etdiyi məlum olub.

"Bornmut"un futbolçusu "Siti"yə keçir

"Çelsi"nin yeni baş məşqçisi bəlli olub - Rəsmi

“Mançester Siti”nin 20 yaşlı futbolçusu Bundesliqada

"Spartak"ın yeni baş məşqçisi açıqlanıb

"Çelsi" "Real"a 160 milyon avro ödəyə bilər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
72
13
apasport.az

10Mənbələr