AZ

Prezident İlham Əliyevin müsahibəsi gələcəyimizlə bağlı strateji yanaşma və yol xəritəsidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Dövlət başçısının yerli televiziya kanallarına müsahibəsi artıqənənə halını alıb. Bu ənənəyə uğun olaraq Prezident İlham Əliyevyanvarın 5-də yerli televiziya kanallarına növbəti müsahibəsiniverdi. Ötən ili tarixi il kimi dəyərləndirən Prezident İlham Əliyevvurğuladı ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinəsiyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki,sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir,bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondanda əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitindəyaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Həm müharibəninfəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi,antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrəkeçən ilin avqustunda son qoyuldu. Azərbaycan döyüş meydanında əldəetdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəliofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdəyaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasındaolacaq. Bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq.Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bununbəhrəsini həm siyasi, həm iqtisadi müstəvidə görürük. Cəmiyyətdəmövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olaninamın artması, bütün bu amillər uğurla irəliyə addımlamağa və ölkəqarşısında duran bütün vəzifələri bundan sonra da həll etməyə imkanverir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı tarixi Zəfərimizin reallıqları fonundaAzərbaycanın informasiya cəbhəsində üstünlüyünü qoruyaraq qazandığıdiplomatik uğurlardan bəhs edib. Bildirib ki, 1992-ci ildə ABŞKonqresinin Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz 907-cidüzəlişin ləğvini xüsusi qeyd etməliyik. Prezident İlham Əliyevsözügedən müsahibəsində bu məsələyə xüsusi diqqət yönəltdi.Prezident İlham Əliyevin ötən ilin 8 avqust tarixində ABŞ-a işgüzarsəfəri çərçivəsində əldə olunan mühüm razılaşmalardan biri məhzədalətsiz 907-ci düzəlişin ləğvi oldu. Bu düzəlişin tətbiq edildiyidövrün reallıqları məlumdur. Həmin illərdə ölkəyə rəhbərlik edənünsürlərin Azərbaycanı hansı duruma saldıqları tariximizin faciəlisəhifəsi kimi daim vərəqlənir. Hakimiyyəti zor gücünə ələ keçirənAXC-Müsavat cütlüyünü dövlətin deyil, özlərinin şəxsi maraqlarıdüşündürürdü. Təsadüfi insanların hakimiyyəti zəbt etməsiAzərbaycanı məhvə doğru aparırdı. Həmin dövrdə Azərbaycan haqqındaməlumatsızlıq erməni diasporunun, anti-Azərbaycan qüvvələrinyalanlarının ayaq tutub yeriməsinə yol açmışdı. ABŞ Konqresi beləbir şəraitdə Azərbaycana qarşı ədalətsiz qərarı tətbiq etdi.

Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, əgərAzərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdırabilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə ermənilobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerikaadministrasiyası başqa prizmadan da baxa bilərdi. Hər halda Konqresmüstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri birçox hallarda Prezident Administrasiyası ilə müzakirə edir. O vaxtAzərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdəbelə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycanaqarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək. Məsələnin ikinci tərəfio idi ki, ölkəmizə qarşı böyük ədalətsizlik olmuşdur. Çünki 907-cidüzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt torpaqlarımızartıq işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalısoyqırımı, xalqımıza qarşı hərbi cinayət törədilmişdi. Azərbaycanıntorpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadayaalmaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadansöhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla,İranla sərhədləri açıq idi. Hətta Türkiyə-Ermənistan sərhədi1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbətgedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olansenator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbuletdilər.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın ədalətə vəbeynəlxalq hüquqa söykənən müstəqil xarici siyasətinin əsas tərkibhissələri olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalqtəşkilatlar daxilində əlaqələrin inkişafında mühüm uğurlara imzaatıldı. D-8 təşkilatına üzv qəbul olunduq. Azərbaycanın butəşkilatda artıq rəsmən iştirakı bizə göstərilən hörmətinəlamətidir və dövlətimizin apardığı müstəqil siyasətin nəticəsidir.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz dərhal fəalişlərə başladı. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın birneçə mərkəzi yaradılmışdır. Xarici siyasətlə bağlı digər önəmlinailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvseçilməyimizdir. Bu da nadir hadisə sayıla bilər. Çünki coğrafinöqteyi-nəzərdən Azərbaycan Mərkəzi Asiyada yox, Cənubi Qafqazdayerləşir. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm dəçoxtərəfli formatlarda sıx əlaqələrimiz var və son illər o qədərçox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizitamhüquqlu üzv seçdilər.

Prezident İlham Əliyevin xarici ölkələrə, onların liderlərininAzərbaycana çoxsaylı səfərləri, dövlət başçısının beynəlxalqtədbirlərdə iştirakı, qlobal çağırışların yerinə yetirilməsindəAzərbaycanın mövqeyinə xüsusi önəmin verilməsi və sair kimiməqamlar da xarici siyasətimizin uğurları sırasındadır. Ötən ilXankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci ZirvəGörüşü, Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının DövlətBaşçıları Şurasının 12-ci Zirvə Görüşü, Xankəndidə ÜçüncüAzərbaycan Milli Şəhərsalma Forumu və sair kimi beynəlxalqtədbirlər keçirildi. Türk dünyasının birliyi Azərbaycanın xaricisiyasətində prioritet istiqamətlərindən biridir. Türk DövlətləriTəşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə Görüşününkeçirilməsinin təşəbbüsçüsü də Azərbaycan Prezidenti İlhamƏliyevdir. Həmin təşəbbüsə uyğun olaraq ötən il Türk DövlətləriTəşkilatının qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirildi.

Millət vəkili ötən ilin iqtisadi uğurlarına da diqqəti yönəldib.Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev müsahibəsində bu məqamıxüsusi qeyd etdi ki, ölkəmiz iqtisadi cəhətdən tamamilə müstəqilolduğuna və hər hansı bir dəstəkdən, istənilən kreditdən və yanədənsə asılı olmadığına görə bugünkü vəziyyət bizi qane edir. Birneçə il bundan əvvəl xarici borcumuzu azaltmaq üçün hökumətinqarşısına vəzifə qoydum və buna nail olduq. “Rəqəmlər, əlbəttə ki,vacibdir, lakin ən önəmlisi insanların gündəlik həyatı və ölkəniniqtisadi imkanlarıdır” söyləyən Prezident İlham Əliyev vurğuladıki, iqtisadiyyat nə qədər böyükdürsə, hər bir faiz artımının dəyəridə bir o qədər yüksək olur. Belə ki, iqtisadiyyatın həcmi təxminən70-80 milyard ABŞ dolları olduqda, hər bir faiz artımı demək olarki, 1 milyard dollar edir. Bu 1 milyard dolları cəmi bir il ərzindəəldə etmək isə asan məsələ deyil: “Neft hasilatı sabitləşdikdənsonra ÜDM üzrə daha yüksək rəqəmləri görəcəyimizi düşünürəm. Əsasodur ki, iqtisadiyyatımız əhali üçün daha yaxşı yaşayış şəraitiyaratmağa, azad edilmiş əraziləri bərpa etməyə, müdafiəqabiliyyətinə investisiya qoymağa və ümumilikdə, iqtisadiyyatımızıdaha da gücləndirməyə imkan versin”. Sözügedən müsahibədəAzərbaycanın qaz ixracı sahəsində qazanılan uğurlara da diqqətyönəldildi. Reallıq budur ki, həcm və coğrafiya baxımından qazixracımız artır. Azərbaycan indiyədək 11-i müntəzəm əsasda olmaqla14 ölkəni qazla təchiz edib. Bu il onlara daha iki Avropa ölkəsiəlavə olunaraq onların sayı 16 olacaq. Dövlət başçısınınvurğuladığı kimi, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir.Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəmərivasitəsilə qazla təchiz etmir. Ötən il ixracımız artım potensialınamalik olmaqla, 25 milyard kubmetrdən çox olub.

Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimizin reallıqlarıfonunda əsas hədəflərdən biri məhz Böyük Qayıdış Proqramının uğurluicrasıdır. Prezident İlham Əliyevin elə bir çıxışı, müsahibəsiyoxdur ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslıbərpa-quruculuq işlərinə diqqət yönəltməsin. Dövlət başçısının qeydedilən müsahibəsi də bu baxımdan diqqətdədir. Prezident İlhamƏliyev bu çağırışı etdi ki, əsas məqsəd keçmiş köçkünləri orayaqaytarmaqdır. Bu gün artıq 70 min insan orada yaşayır. Təbii ki,onların hamısı köçkün deyil. Ancaq işləyənlər və əksəriyyət köçkündeyil. Bu il orada yaşayanların sayını bir neçə dəfə artırabilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki olabilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ənazı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, olabilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq,çalışacaq. İnfrastruktur layihələri icra edildikcə evlərintikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla,Baş plan əsasında edilir.

Millət vəkili qeyd edib ki, sözügedən müsahibə Azərbaycanınbütün sahələrdə qazandığı uğurların, həmçinin onların əsasındaqarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin təqdimatı oldu.Diqqət ötən il tarixi Zəfərimizin beş illiyi ilə əlaqədar olaraqBakının Azadlıq meydanında keçirilən hərbi parada yönəldilərək orduquruculuğu istiqamətində atılan addımlardan bəhs edildi. Prezidentİlham Əliyev bu rəqəmlərə açıqladı ki, keçən il 1,4 milyard manatdəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Onun böyükhissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isəixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlıməhsullar ixrac edir. Yeniliklərdən biri də odur ki, biz böyük,dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgəmüəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, həm dəartilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalınəzərdə tutulur.

Ölkə Prezidenti, həmçinin Zəfərimizin, suverenliyimizinbərpasının yaratdığı reallıqların fonunda Azərbaycanın beynəlxalqmünasibətlər sistemində mövqeyinin möhkəmlənməsindən, hazırkıdövrün əsas çağırışı olan bərpaolunan enerji sahəsində əməkdaşlıqəlaqələrinin genişlənməsindən, Azərbaycanın bu istiqamətdəfəaliyyətindən, nəqliyyat və turizm imkanlarımızdan, ölkələr,xalqlar arasında körpü rolumuzdan, Azərbaycan dilinin inkişafından,elm və təhsil sahəsində mövcud durumdan, “qara qızıl”ın insankapitalına çevrilməsindən, işğaldan azad edilmiş ərazilərimizdətətbiq edilən təkmil idarəçilik sistemindən və sair mühümməsələlərdən geniş bəhs etdi. Dövlət başçısı bildirdi ki, Qarabağdavə Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkəninmüxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər.Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələbedən üsuli-idarə metodudur. Hər halda azad edilmiş ərazilərdə özünüdoğruldub, yəni gələcək göstərər.

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə bildirib ki, atılanbütün addımlar müasir müstəqil, qalib Azərbaycanın gələcəyinəxidmət edir. Azərbaycan ən sabit, təhlükəsiz ölkələr sırasındadır.Ölkəmizin hərtərəfli inkişafı üçün kompleks tədbirlər həyatakeçirilir. Şəffaflığın təmin edilməsi əsas prioritetlərsırasındadır. Prezident İlham Əliyev müsahibəsində bir daha buçağırışı etdi ki, hər halda ümumi inkişafımız üçün hər bir insan,xüsusilə vəzifə sahibi ürəklə işləməlidir, xüsusilə belə möhtəşəmvə tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoşəhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər,qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə hamımızcəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına -buna daha dözülməz olmalıyıq. Bizim cəmiyyətimiz çox gözəlcəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünyaarenasında görün, nə qədər böyük uğurlara nail olub.

Məqalədə:
Seçilən
96
5
az.trend.az

6Mənbələr