ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycanda bütün istiqamətlər kimi elm və təhsil sahəsi də daim dövlətin əsas diqqət mərkəzində olub. Cənab İlham Əliyevin ölkə başçısı seçiləndən ildən indiyə qədər qeyd edilən sahədə əldə olunan nailiyyətlər, təhsil sisteminin, təhsilalanların, ümumilikdə təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımlar dediklərimizin təsdiqidir. Elm və təhsil sahəsinin bütün dövrlər üçün prioritet olduğu dövlət başçısının ötən gün yerli televiziya kanallarına verdiyi müsahibədə də bird aha öz təsdiqinin tapdı”.Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru Ruhiyyə Mehdiyeva Prezidenti İlham Əliyevin ötən gün yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən səsləndirib. “Dövlət başçısının sosial siyasətində mühüm yer tutan istiqamətlərdən biri təhsil sahəsidir. Ötən 20 il ərzində paytaxt və bölgələrdə, hətta ən ucqar dağ kəndlərində yeni, müasir standartlara cavab verən təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi, onların günümüzün tələblərinə cavab verən texniki avadanlıqlarla təmin edilməsi yalnız bir məqsədə xdmət edir ki, cəmiyyət, yetişməkdə olan gənc nəsil savadlı və bilikli olsun. Dövlət başçısının da qeyd etdiyi kimi yalnız o halda biz uzunmüddətli inkişafa nail ola bilərik”.Ruhiyyə Mehdiyeva qeyd edib ki, məhz dövlətin, şəxsən dövlət başçısının təhsil sahəsinə, gənclərimizin bilikli, bacarıqlı kadrlar kimi yetişməsinə yönəlik fəaliyyəti nəticəsində ölkəmizdə gənc kadr potensialı formalaşıb:“Cənab Prezidentin müsahibə zamanı dediyi kimi bizim çoxlu istedadlı gənclərimiz var. Dövlət başçısı qeyd etdi ki, indi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var: Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu “Yüksəliş” proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir”.Anar
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.