ABŞ Dövlət Departamenti "X" sosial media şəbəkəsindəki rusdilli hesabında "Trampla oyun oynamayın!" başlığı ilə şəkil paylaşıb.
Publika.az xəbər verir ki, fars dilində paylaşılan oxşar mesajda isə "Prezident Tramp hərəkətli bir insandır. Bilmirdiniz? İndi bilirsiniz" deyə qeyd olunub.
İngilis dilində orijinal versiya isə agentlik tərəfindən 3 yanvarda, ABŞ-ın Venesueladakı hərbi əməliyyatından sonra yayımlanıb. Əlavə edilən foto, Tramp və onun administrasiyasının üzvlərinin ABŞ-ın Karakasdakı hədəflərə zərbə endirdiyi və Venesuela prezidenti Nikolas Maduronu saxladığı "Mütləq Qətiyyət" əməliyyatını müşahidə edərkən çəkilib.
Qeyd edək ki, bundan əvvəl Dövlət Departamentinin əsas hesabında Qərb yarımkürəsini "bizim" adlandıran və "Bu, bizim yarımkürəmizdir. Prezident Tramp təhlükəsizliyimizə təhdidlərə yol verməyəcək" başlığı ilə bəyanat da dərc olunub.