AZ

Sloveniyada parlament seçkiləri keçiriləcək

Sloveniyada parlament seçkiləri martın 22-nə təyin olunub.

Bakıvaxtı.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Prezident Nataşa Pirts-Musar bu gün fərman imzalayıb.

Sloveniya dövlət başçısı vurğulayıb ki, yeni hökumətin mümkün qədər tez formalaşdırılmasını arzulayır və parlamentdə 90 mandatdan 46-nı toplaya bilən siyasi qüvvəyə hökuməti qurmaq mandatı verəcək.

Qeyd edək ki, 2022-ci ilin iyun ayından etibarən Sloveniya Baş nazir Robert Qolobun rəhbərlik etdiyi mərkəzçi-sol koalisiya hökuməti tərəfindən idarə olunur.

Seçilən
75
5
bakivaxti.az

6Mənbələr