AZ

Azərbaycanlı futbolçu Albaniya klubuna transfer olunub

Azərbaycanın Birinci Liqa klubu “Difai”nin futbolçusu Bayraməli Qurbanov karyerasını Albaniyada davam etdirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə “Difai” Futbol Klubu məlumat yayıb.

23 yaşlı hücumçu Albaniyanın İkinci Liqa təmsilçisi “Beselidya” ilə anlaşıb.

Qeyd edək ki, “Beselidya” 10 turdan sonra Albaniya çempionatının turnir cədvəlində 26 xalla birinci pillədə qərarlaşıb.

İdman.Biz
Seçilən
48
4
idman.biz

10Mənbələr