AZ

“Muhteşem Yüzyıl” prodüserinin saç müayinəsində kokain ÇIXDI

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Türkiyədə narkotiklərlə bağlı istintaq çərçivəsində saxlanılan film prodüseri Timur Savcıdan götürülən qan və saç nümunələrinin nəticələri məlum olub.

Redaktor.az xəbər verir ki, qan nümunələrində narkotik və ya psixotrop maddələrə rast gəlinməyib. Lakin saç nümunələrinin analizində kokain maddəsinin mövcudluğu aşkar edilib.

İstintaq materiallarında Savcının aparıcı Ela Rümeysa Cebeci ilə narkotiklə təmin etmək məzmunlu yazışmaları da yer alıb.

Faktla bağlı İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırma davam edir.

Timur Savcı Türkiyənin tanınmış prodüserlərindən biridir. O, "TİMS&B Productions" şirkətinin həmtəsisçisi və “Muhteşem Yüzyıl”, “Teşkilat”, “Kuruluş Osman” kimi reytinqli serial layihələrinin prodüseri kimi tanınır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
3
redaktor.az

4Mənbələr