Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazaxşəhərində yerləşən fərdi yaşayış evində partlayış baş verməsibarədə məlumat daxil olub.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsininqüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanıvətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan fərdi yaşayış evində,ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiətolunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış nəticəsində evə ciddi ziyan dəyib, bir nəfər xəsarətalıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizliktədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmaaparılır.