
İngiltərənin “Çelsi” futbol klubu yeni baş məşqçisini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Liam Rosenyor klubun yeni baş məşqçisi təyin olunub.
Klub 41 yaşlı mütəxəssislə 2032-ci ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, London komandası ilə Klublararası Dünya Kubokunu qazanan əvvəlki baş məşqçi, italiyalı Enzo Mareska yanvarın 1-də vəzifəsindən azad edilib.
Xatırladaq ki, Rosenyor bundan əvvəl Fransanın “Strasburq” klubuna rəhbərlik edib. O, həmçinin “Hall Siti” klubunu idarə edib.