AZ

Azərbaycan elminə ağır itki üz verdi KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakı Slavyan Univestitetinin professoru Zemfira Vəliyeva vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Z.Vəliyeva 64 yaşında dünyasını dəyişib. Alimin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Z.Vəliyeva 1962-ci ildə doğulub. O, 1980-85-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil alıb. Bakı Slavyan Universitetinin müəllimi, filologiya fakültəsinin dekanı işləyib. Mərhum professor həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. (yeni sabah)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
124
2
konkret.az

4Mənbələr