AZ

Trampın Rodrigesdən tələblərinin bəziləri açıqlanıb

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp administrasiyası Venesuelanın müvəqqəti prezidenti vəzifəsini icra edən Delsi Rodrigesə bir sıra tələblər təqdim edib.

“AzPolitika” bildirir ki, bu barədə “Politico” nəşri diplomatik mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, Vaşinqton Rodrigesdən narkotik qaçaqmalçılığına qarşı sərt tədbirlər görməyi, ABŞ-yə düşmən mövqedə olan İran, Kuba və digər ölkələrin agentlərini ölkədən çıxarmağı, həmçinin ABŞ-nin rəqiblərinə neft satışını dayandırmağı tələb edir.

Bundan əlavə, ABŞ tərəfi Rodrigesin gələcəkdə azad və şəffaf seçkilərin keçirilməsinə şərait yaratmasını və nəticə etibarilə vəzifəsindən getməsini gözləyir. Bununla belə, Tramp daha əvvəl bəyan edib ki, yaxın 30 gün ərzində Venesuelada seçkilər keçirilməyəcək, çünki ilk növbədə “ölkədə qayda-qanun yaradılmalıdır”.

“Politico”nun mənbələri bildirir ki, ABŞ-nin Venesuela ilə bağlı təzyiq alətləri yalnız hərbi tədbirlərlə məhdudlaşmır. Vaşinqtonun ixtiyarında sanksiyaların qismən yumşaldılması və Rodrigesin Venesuelaya məxsus maliyyə aktivlərinə çıxışının təmin edilməsi kimi mexanizmlər də mövcuddur. Qeyd olunur ki, bu aktivlərin böyük hissəsi Qətərin paytaxtı Dohada yerləşir.

Trampın əsas tələbi isə Venesuela neftinin və təbii sərvətlərinin ABŞ-nin ixtiyarına verilməsidir. Hələlik Delsi Rodriges bununla razılaşmayacaqlarını bəyan edir. 

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
azpolitika.info

1Mənbələr