AZ

12 milyon barel Venesuela nefti dənizdədir ABŞ nin embarqosu işləmir

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlin əvvəlindən etibarən ABŞ-nin tətbiq etdiyi ixrac blokadasına baxmayaraq, Venesuelanın ərazi sularından təxminən 10 neft və yanacaq tankeri çıxıb.

“AzPolitika”nın məlumatına görə, bu barədə “Reuters” agentliyi sahə mənbələrinə, rəsmi sənədlərə və “TankerTrackers” monitorinq xidmətinin məlumatlarına istinadən xəbər verir.

Bildirilir ki, sözügedən gəmilərin hamısı sanksiya siyahısına daxildir. Tankerlərin əksəriyyəti bayraqsız hərəkət edir və etibarlı təhlükəsizlik sənədlərinə malik deyil. Onların təxminən yarısı supertankerlərdir. Bu tip gəmilər adətən Venesuela neftini Çinə daşımaq üçün istifadə olunur.

“TankerTrackers”in qiymətləndirməsinə əsasən, hazırda bu gəmilərin göyərtəsində ümumilikdə təxminən 12 milyon barel ağır neft və mazut var. Tankerlərin son təyinat məntəqələri açıqlanmır. Məlumata görə, gəmilər dekabr ayında yüklənərək Asiya bazarına yönəlib, lakin ABŞ-nin blokadası səbəbindən uzun müddət Venesuela sularında qalmalı olublar.

“Reuters”in mənbələri bildirir ki, Venesuela hakimiyyəti ən azı dörd supertankerə peyk izləmə sistemləri söndürülmüş vəziyyətdə – “qaranlıq rejimdə” ölkə sularını tərk etməyə icazə verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dekabrın ortalarında Venesuelaya doğru hərəkət edən bütün sanksiyalı tankerlərə qarşı blokada tətbiq edib. Yanvarın 3-də Venesuela lideri Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılmasından sonra Tramp neft embarqosunun qüvvədə qaldığını açıqlayıb. O, həmçinin ABŞ-ın Venesuela resurslarından faydalana biləcəyini və Amerika neft şirkətlərinin bu ölkənin neft sənayesinin bərpasında maraqlı olduğunu bildirib.

Rasim

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
azpolitika.info

1Mənbələr