AZ

Trampa minnətdarıq, Nobeli ona verə bilərəm Maçado

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mən bu gün Venesuela xalqı adından demək istəyirəm ki, Trampın bu strukturu sökmək və Prezident Nikolas Maduronu məsuliyyətə cəlb etmək kimi tarixi hərəkətinə görə çox minnətdarıq.

Axar.az xəbər verir ki, bunu Venesuelanın müxalifət lideri, Nobel Sülh mükafatına layiq görülən Mariya Korina Maçado “Foks Nyus”a müsahibəsində deyib.

“Mən Nobel Sülh mükafatımı Prezident Trampa həsr etdim, çünki o anda onun buna layiq olduğuna inanırdım. Əksər insan onun 3 yanvar günü etdiyinə nail olmağın qeyri-mümkünlüyünü söyləyirdi. Düşünürəm ki, Tramp nə demək istədiyini dünyaya sübut etdi.

Trampla sonuncu dəfə mükafat aldığım gün – 10 oktyabrda danışmışam. Üz-üzə görüşməyi arzulayıram. Nəinki ona həsr etmək, hətta mükafatı ona verə bilərəm”, - Maçado vurğulayıb.

Qeyd edək ki, yanvarın 3-də Maduro və həyat yoldaşı ABŞ tərəfindən ələ keçirilib. Hazırda Bruklində təcridxanada saxlanılırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
axar.az

1Mənbələr