ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən əsir götürülən Venesuela prezidenti Nikolas Maduronun oğlu Venesuela parlamentinin üzvü Nikolas Maduro Gerra atasının qayıdacağına inandığını bildirib.
Herbiand.az xarici agentliklərə istinadən xəbər verir ki, Nikolas Maduro Gerra parlament iclasında bildirib:
"O, gec-tez yenidən bizimlə olacaq. Bu, həm Venesuelada, həm də xaricdə xalqımızın birliyi sayəsində mümkün olacaq".
O, Ali Məhkəmənin qərarına uyğun olaraq, prezident vəzifəsini icra edəcək Delsi Rodrigezi tam dəstəklədiyini də söyləyib.