İran Prezidenti Məsud Pezeşkian “İslam şuralarının mövqeyi və xalqın Konstitusiyada iştirakı” mövzusunda keçirilən konfransda çıxışı zamanı ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.
NOCOMMENT.az -ın xəbərinə görə, o qeyd edib ki, iradları diqqətlə dinləyib, lakin artıq özü də söz deməyi zəruri sayır:
“Danışdınız, tənqid etdiniz, mən də dinlədim. İndi isə mən danışanda siz qulaq asın. Sözlərimə görə üzünüzü turşutmayın”.
Çıxışının davamında Pezeşkian opponentlərinə Azərbaycan atalar sözləri ilə cavab verib:
“Əyri oturaq, düz danışaq” və ya “Adını qoydum Rəşid — birini de, birini eşit”.
Bu atalar sözləri birbaşa və dürüst danışmağa çağırışı, eləcə də başqalarından dinləməyi tələb etməzdən əvvəl özünün də dinləməyi bacarmalı olduğu fikrini ifadə edir.
Sara