AZ

İrəvanda kütləvi yürüş başladı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi altında çoxsaylı insanın iştirakı ilə dini yürüş keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qeyd olunur ki, yürüşün əsas məqsədləri arasında “Müqəddəs İsa Məsihin doğumunun qeyd olunması, Erməni Kilsəsinin müqəddəs ənənəsinə sadiqliyin nümayiş etdirilməsi və ən əsası onun kilsə islahatlarını dəstəkləmək durur”.

“Vacib məqsəd isə bir qrup yepiskopla birgə verdiyimiz bəyanat çərçivəsində kilsə islahatını dəstəkləməkdir”, – N.Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, yürüş dövlətçiliyə dəstək ifadə etmək, Erməni Kilsəsinin faktiki rəhbəri və yaxın ətrafının dövlətin suverenliyi və müstəqilliyinə qarşı hibrid mübarizə vasitəsi kimi kilsədən istifadə etməsinin qəbuledilməz olduğunu vurğulamaq məqsədi daşıyır:

“Bu kimi təcrübələrin davam etdirilməsinə imkan verilməyəcək. Yürüş təbiətcə dinc, xristian sevgisi ilə dolu və Erməni Kilsəsinin islahatı istiqamətində qətiyyətlə keçiriləcək”.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
2
globalinfo.az

5Mənbələr