AZ

Bayram günlərində Azərbaycanda 2 156 sığorta hadisəsi qeydə alınıb

Bayram günlərində Azərbaycanda ümumilikdə 2 156 sığorta hadisəsi qeydə alınıb. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası APA-Economics-in sorğusuna cavab olaraq məlumat verib.

Assosiasiyanın məlumatına görə, 31 dekabr 2025-ci il – 4 yanvar 2026-cı il tarixlərində ölkə üzrə 9 qeyri-həyat sığortası şirkətinə 2 156 müraciət daxil olub. Hadisələrin 1 876-sı icbari avtonəqliyyat vasitələri sığortası, 260-ı “Kasko”, 15-i daşınmaz əmlakın icbari sığortası, 5-i isə əmlakın yanğından və digər risklərdən sığortası ilə bağlı olub.

Bildirilib ki, 1 237 hadisə üzrə ehtimal olunan zərər məbləği 1 milyon 243 min manat qiymətləndirilib, 919 hadisə üzrə hesablamalar davam edir. İlkin qiymətləndirmələrə əsasən, ümumi zərər məbləğinin 2 milyon manatı ötəcəyi gözlənilir.

Rəsmi məlumata görə, qeydə alınan sığorta hadisələrinin 70%-i Bakı şəhərində, 30%-i isə ölkənin şimal dağətəyi bölgələrində baş verib.

Seçilən
51
5
anews.az

10Mənbələr