ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
London Metall Birjasında (LME) üç ay sonra çatdırılma ilə fyuçerslərin qiymətləri 2,7% artaraq tonu 13 min 390 ABŞ dollarına yüksəlib. Lakin Bakı vaxtı ilə saat 14:13-də qiymətlər 13 min 111 ABŞ dollarına (+0,51%) geriləyib.
Marja.az xəbər verir ki, mis qiymətləri - bazarda çatışmazlıq qorxuları və Venesueladakı vəziyyətin ən vacib faydalı qazıntılar uğrunda yarışı sürətləndirə biləcəyi gözləntiləri fonunda tarixi maksimumlara yüksəlir.
Son bir ildə misin qiyməti 48%-dən çox artıb.
Əvvəllər metalın tələbatının artmasının əsas səbəbi ABŞ-a idxal üçün potensial rüsumların qabağını almaq məqsədilə mis tədarükünün kəskin artması olub ki, bu da dünyanın digər yerlərində tədarük çatışmazlığına səbəb ola bilər.
Metallar, o cümlədən mis, kritik vacib faydalı qazıntılar və yeni dünya nizamında təchizat zəncirlərinin təhlükəsizliyi ilə bağlı olaraq bahalaşırlar. Venesueladakı son hadisələr bu trendə daha da təkan verib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.