Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısında dəyişiklik ediləcək.
Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Qanuna əsasən, həmçinin, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmayacaq:
xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla);