AZ

Azərbaycanda yumurta ilə bağlı qıtlıq yaranıb? RƏSMİ CAVAB

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda bəzi marketlərdə yumurta alışı ilə bağlı istehlakçılara limit qoyulub.

BAKU.WS-in məlumatına görə, yumurta almaq istəyən şəxslər marketlərdən 30 ədəddən artıq yumurta ala bilmirlər.

Yaranmış vəziyyət yumurta ilə bağlı qıtlıq yaranmaq ehtimalını ortaya qoyub

Məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli BAKU.WS-ə bildirib ki, ölkədə kifayət qədər yumurta istehsalı var:

"Azərbaycanda yumurta ilə bağlı qıtlıq yoxdur. Ehtiyat anbarlarında da 10 milyona yaxın yumurta var. Yumurtanın qiyməti isə dəyişməz olaraq qalır".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
3
baku.ws

4Mənbələr