AZ

Çin Yaponiyaya ikili təyinatlı malların ixracını məhdudlaşdırdı

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Əgər Tokio hərbi məqsədlər üçün istifadə etmək niyyətindədirsə, Çin 6 yanvarda Yaponiyaya ikili təyinatlı malların ixracına embarqo tətbiq edəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: "Yaponiya hərbi istifadəçilərinə hərbi məqsədlər üçün və ya Yaponiyanın hərbi potensialının gücləndirilməsinə töhfə verən hər hansı ikili təyinatlı malların ixracı qadağandır". 

Nazirlik izah edib ki, Çində istehsal olunan ikili təyinatlı malları Yaponiyaya ötürməklə qadağanı pozan hər hansı bir təşkilat və ya şəxs "hüquqi məsuliyyət daşıyacaq".

Aynur Babazadə 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
2
bakivaxti.az

3Mənbələr