AZ

Ordumuzun qüdrətinin artırılması və türk dövlətləri ilə hərbi əməkdaşlıq günün tələbi, zamanın diktəsidir - Cəlil Xəlilov

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması, eləcə dətürk dövlətləri ilə hərbi əməkdaşlığın daha da genişlənməsi gününtələbi, zamanın diktəsidir.

Bunu Trend-əaçıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib.

O qeyd edib ki, dünən Prezident İlham Əliyevin yerli televiziyakanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər sadəcədövlətimizin deyil, bütün türk dünyasının gələcək təhlükəsizliyibaxımından mühüm amil və istiqamətləri əhatə edir:

“Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində birkəs daha güclü olmağın, ordunun döyüş hazırlığını, peşəkarlğınıartırmağın son dərəcə zəruri olduğunu vurğuladı. Prezident İlhamƏliyev qeyd etdi ki, dünyada baş verən proseslər güc faktorununhəlledici rol oynadığını, dövlətlərarası münasibətlərin “kimgüclüdürsə, o da haqlıdır” prinsipi ilə idarə edildiyinigöstərir.

Həqiqətən də, bu gün müasir dünyada baş verən proseslər sübutedir ki, artıq beynəlxalq hüquq heç bir dövlətin təhlükəsizliyinitəmin etməyə, hər hansı təcavüzün qarşısını almağa, yaxudtəcavüzkarı cəzalandırmağa qadir deyil. Bu gün təhlükəsizliyinyeganə qarantı hərbi gücdür. Məhz buna görə də dövlət başçısıAzərbaycan Silahlı Qüvvələrinin gücünü mütəmadi şəkildə artırmağa,ordumuzun texniki təchizatını, peşəkarlığını yüksəltməyə xüsusidiqqət göstərir.

Bildiyiniz kimi, bu il dövlətimiz təhlükəsizlik və müdafiəxərclərini ötən illə müqayisədə 4% artırıb. Bu, Prezident İlhamƏliyevin xalqımızın və dövlətimizin təhlükəsizliyinə necə böyükdiqqət və məsuliyyətlə yanaşdığını, ölkəmizi gələcək təhdid vətəhlükələrdən qorumaq üçün necə uzaqgörən siyasət sərgilədiyinigöstərir.

Prezident İlham Əliyevin çıxışında yer tutan mühüm məsələlərdənbiri də milli hərbi sənayenin inkişafı, eləcə də müştərək hərbimüəssisələrin yaradılması oldu. Hansı ki, yerli hərbi sənayenininkişafı təhlükəsizliyimizin təminatının mühüm şərtlərindən biridirvə ölkəmiz bu istiqamətdə də prinsipial addımlar atmaqdadır”.

Polkovnik Azərbaycanın digər türk dövlətləri ilə hərbiəməkdaşalığı genişləndirmək istəyinə də diqqət çəkdi:

“Prezident İlham Əliyev müsahibəsində türk dövlətləri ilə hərbiəməkdaşlığı genişləndirməyin, birgə hərbi təlimlər keçirilməyinvacibliyini də qeyd etdi. Bunun türk dünyasının təhlükəsizliyinintəmini baxımından vacib olduğunu vurğuladı və bildirdi ki, əgərbütün tərəflərin razılığı olarsa, elə bu il birgə hərbi təlimlərbaş tutacaq.

Bir məqamı da qeyd edək ki, türk dövlətlərinin birgə hərbitəlimlər keçirməsi, hərbi əməkdaşlığı genişləndirməsi yalnızAzərbaycan və Türkiyənin deyil, bütün türk dünyasının marağınauyğundur. Bu, türk dünyasının təhlükəsizliklə bağlı problemlərəvahid strategiyadan yanaşması, bir-birlərinin təhlükəsizliyi iləbağlı təhdidlərə biganə qalmayacağı deməkdir.

Bu baxımdan türk dövlətləri arasında hərbi əməkdaşlığıngenişləndirilməsi bütün türk dünyasının təhlükəsizliyi baxımındanhəyati əhəmiyyət kəsb edir. İnanıram ki, türk dövlətləri AzərbaycanRespublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin irəli sürdüyü bu təklifi dəstəkləyəcək, məlum istiqamətdəəməli addımlar atmaqla bütün dünyaya türk dünyasının hərbiəməkdaşlıq məsələsində də həmrəy olduğunu göstərəcək”.

Məqalədə:
Seçilən
84
7
az.trend.az

8Mənbələr