AZ

Braziliyalı futbolçu ailəvi səbəblərə görə “Beşiktaş”dan ayrılır

Bakı, 6 yanvar, AZƏRTAC

Türkiyənin “Beşiktaş” komandasında gözlənilməz ayrılıq reallaşacaq.

AZƏRTAC xəbər verir ki, braziliyalı müdafiəçi Qabriel Paulista İstanbul təmsilçisini tərk edəcək. O, ailəvi səbəblərə görə bu addımı atıb.

Futbolçu məsələ ilə bağlı rəhbərliyə məlumat verib.

Qeyd edək ki, Qabriel Paulista “Beşiktaş”a 2024-cü ildə İspaniyanın “Atletiko” (Madrid) komandasından keçmişdi.

 

Seçilən
41
azertag.az

1Mənbələr