AZ

Vətən müharibəsi veteranı Ukraynada döyüşdə öldü

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ağdaş rayon sakini 25 yaşlı Fərid Əfəndizadə Rusiya-Ukrayna müharibəsində həyatını itirib.

Axar.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Məlumata görə, Fərid Əfəndizadə Rusiya tərəfdən döyüşlərə qatılıb və bir aydır itkin düşmüşdü.

Onun nəşinin yanvarın 15-dən sonra Azərbaycana gətiriləcəyi bildirilir.

Qeyd edək ki, Fərid Əfəndizadə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
1
axar.az

2Mənbələr