AZ

Naxçıvanda dəmir yolu xətti layihəsi çərçivəsində 10 stansiya tikiləcək - RƏSMİ

Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin layihəsi çərçivəsində 10 stansiya, 814 mühəndis qurğusu, o cümlədən 29 körpü və 4 tunelin tikintisi nəzərdə tutulur.

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib.

Qeyd edilib ki, Naxçıvan MR-də dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb.

"Dəmir yollarının uzunluğu 194,1 km, yan yollarla birlikdə 264 km təşkil edir",- deyə qurumdan əlavə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
5
olaylar.az

6Mənbələr