AZ

Ölkələrin təhlükəsizliyi məsələsi daha aydın şəkildə meydana çıxır

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Dünyanın xaotik bir dövrə qədəm qoyduğu məqamda ölkələrin təhlükəsizliyi məsələsi daha aydın şəkildə meydana çıxır. Güc amilinin ölkələrə təzyiq və təhdid yaratdığı siyasi konfiqurasiyada hər bir dövlətin özünün təhlükəsizliyi məsələsinə ciddi diqqət yetirməsi durumu yaranır. Azərbaycanın bu istiqamətdə apardığı məqsədyönlü hədəfəyönəlik addımlar təqdirəlayiq olsa da, təhlükəsizlik məsələsində yarana biləcək risklər hərtərəfli nəzərə alınmalıdır".Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, hazırda strateji tərəfdaşlarımız olan ölkələrin Azərbaycana qarşı münasibətdə heç bir şübhəli və ikili oyun əlamətləri olmasa da, belə bir faktların olacağına da şübhələr yoxdur:"Eyni zamanda, biz prosesləri daha da qarantiya altına almaq üçün müxtəlif kombinasiyaların işlənməsini təmin etməliyik. Məsələn, Hava Hücumundan Müdafiə sistemlərinin gücləndirilməsi kimi. Azərbaycanın Rusiya və İsrail istehsalı HHM sistemləri var, amma baş vermiş məlum hadisələr zamanı, məsələn, Qətərə, Suriyaya, Venesuelaya hücum zamanı onların fəaliyyətsiz qalması, bizim də bu məsələyə ciddi yanaşmamızı tələb edir. Azərbaycanın Türkiyənin HHM sistemlərini almaq istiqamətində iş apardığı böyük ehtimaldır. Hesab edirəm ki, bir-birindən asılı olmayan üç ölkənin HHM sistemləri şəbəkəsi yaradılmalıdır. İlk öncə işə düşməsi vacib olan HHM sisteminin prioriteti müəyyən edilməlidir. Bu məsələnin digər silah sistemlərində də nəzərə alınması lazımdır".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
90
1
newscenter.az

2Mənbələr