AZ

Ağdam Xankəndi dəmir yolu xəttində görülən işlər açıqlandı

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 81 %-i, tikinti-quraşdırma işlərinin 29 %-i yerinə yetirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 30,8 kilometrdir.

Qeyd edilib ki, layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 124 ədəd mühəndis qurğusunun inşası nəzərdə tutulur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
5
cebheinfo.az

10Mənbələr