Futbol üzrə Belarus millisinə yeni baş məşqçi təyin olunub.
"Unikal" xəbər verir ki, bu posta Viktor Qonçarenko gətirilib.
48 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Viktor Qonçarenko daha əvvəl Belarusun BATE, Rusiyanın “Kuban”, MOİK, “Ufa” və “Krasnodar” klublarına rəhbərlik edib.