AZ

Məğlubedilməz Usik Uaylderin adını çəkdi

WBC, IBF, WBA Super, IBO və “The Ring” versiyaları üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usik gələcək planlarından danışıb.

"Football-plus.az" xəbər verir ki, 38 yaşlı ukraynalı sosial şəbəkə hesabında yayılan videodaDeontey Uaylderlə döyüşmək istəyini bildirib: “Gələn il döyüşəcəyəm. “Bürünc bombardmançı” ilə döyüşmək istəyirəm”.

Usik iyulun 20-də Londondakı “Uembli” stadionunda keçirdiyi son döyüşdə britaniyalı Daniel Dyubua ilə qarşılaşıb. Ukraynalı 5-ci raundda nokautla qalib gəlib. Boksçular üçün bu, revanş idi və ağır çəkidə mütləq dünya çempionu titulu uğrunda mübarizə gedirdi.

Usik indiyə qədər 24 dəfə peşəkar rinqə çıxıb, bunların 15-də erkən qələbə qazanıb, məğlubiyyəti yoxdu. Peşəkar rinqdə 2013-cü ilin noyabrında debüt edib.

Seçilən
92
3
football-plus.az

7Mənbələr