AZ

İlham Əliyev: Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir

ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir… Dil milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir.

Kulis.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

O, xarici kəlmələrin dilimizi pozduğunu qeyd edib:

"Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən. Çox zəngin, çox melodik və gözəldir. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər.”

Türkiyədə Azərbaycan Səfəvi dövlətinin tarixinə dair kitab nəşr edildi

Erməni hakim hansı bəstəkarımıza 8 il iş kəsmişdi?

“Tağıyev: Neft” filminin Hollivudda təqdimatı keçirildi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
kulis.az

2Mənbələr