AZ

UNEC alimləri Avropada: dörd ölkədə elmi səfərlər, yeni tərəfdaşlıqlar (FOTO)

Bakı. Trend:

UNEC alimləri elmi fəaliyyətlərini Avropanın aparıcıuniversitetlərində davam etdiriblər.

Belə ki, universitetin 6 tədqiqatçısı Belçika, Almaniya, İtaliyavə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində elmiezamiyyətlərdə olub. Alimlər fərqli sahələr üzrə tədqiqatlarapararaq, yeni əməkdaşlıqların əsasını qoyublar və birgə elmifəaliyyətlər üzrə razılaşmalar əldə ediblər.

UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru professorRövnəq Rzayev və “Mühəndislik və tətbiqi elmlər” kafedrasınınmüdiri dosent Tural Nağıyev Belçikanın Gent Universitetində elmisəfər çərçivəsində universitetlərarası əməkdaşlığıngenişləndirilməsi istiqamətində mühüm görüşlər keçiriblər.

Səfər zamanı UNEC-də hazırlanmış yeni nəsil nanoölçülümateriallar Gent Universitetinin müasir laboratoriya imkanlarıəsasında tədqiq olunub və materialların elmi-tətbiqi potensialıqiymətləndirilib.

Görüşlərin nəticəsi olaraq tərəflər arasında uzunmüddətli elmiəməkdaşlıq perspektivləri müəyyən edilib. Əməkdaşlıq çərçivəsində2026-cı ilədək bir sıra birgə elmi məqalələrin hazırlanması, eləcədə Gent Universiteti alimlərinin UNEC-də keçiriləcək beynəlxalqelmi konfranslarda daha geniş iştirakının təmin edilməsi barədərazılıqlar əldə olunub.

UNEC-in tədqiqatçı müəllimi, i.f.d. Həsrəddin QuliyevAlmaniyanın nüfuzlu Fridrix-Aleksandr Universitetində üç həftəlikelmi ezamiyyətdə olub. Səfər çərçivəsində o, universitetin BiznesMəktəbi nəzdində həyata keçirilən tədqiqatlarla tanış olub, dairəviiqtisadiyyat və süni intellektin iqtisadi təsirləri üzrə müasiryanaşmaları öyrənib.

Ezamiyyət zamanı Almaniyada karbon emissiyalarının ölçülməsiüçün yaradılmış məlumat bazası, karbon vergisi mexanizmləri və süniintellektin əmək bazarına təsiri ilə bağlı müzakirələr aparılıb.Nəticə etibarilə UNEC ilə Fridrix-Aleksandr Universiteti arasındabirgə elmi tədqiqatların aparılması barədə razılıq əldə olunub və2026-cı ildə süni intellektin işsizliyə təsirini araşdıran birgəməqalənin dərc olunması planlaşdırılıb.

“İqtisadiyyat” kafedrasının dosenti Suqra Hümbətova ilə“Riyaziyyat və statistika” kafedrasının dosenti Vüsalə Teymurovaisə bir ay müddətində İtaliyanın Luigi Vanvitelli KampaniyaUniversitetində (Universita degli Studi della Campania LuigiVanvitelli) tədqiqat aparıblar.

Araşdırmalar çərçivəsində Azərbaycan - İtaliya enerjimünasibətləri, dünya neft bazarında qiymət dəyişkənliyininmakroiqtisadi göstəricilərə təsiri təhlil edilib. Tədqiqatnəticələrinin Scopus indeksli jurnalda dərc olunması nəzərdətutulur. UNEC alimləri eyni zamanda İtaliyanın digər ali təhsilmüəssisəsində keçirilən beynəlxalq konfransda da iştirakediblər.

Türkiyənin Yıldız Texnik Universitetinə ezam olunan UNEC-in“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Aytən NiyazovaUNEC-də sintez edilmiş iki yeni kimyəvi birləşməni YTU-nun müasirlaboratoriyalarında tədqiq edib.

Araşdırmalar zamanı maddələrin daxili quruluşu, sabitliyi vəqarşılıqlı təsirləri öyrənilib, onların gələcək elmi və praktiktətbiqləri üçün perspektivləri müəyyən edilib. Bu tədqiqatlarəsasında beynəlxalq elmi jurnalda məqalə dərc olunmasıplanlaşdırılır. Səfər çərçivəsində UNEC ilə Yıldız TexnikUniversiteti arasında birgə elmi layihələr üzrə razılaşmalar daəldə edilib.

Görüşlər zamanı UNEC-in Scopus bazasında indekslənmiş beynəlxalqelmi jurnalı JEAS (UNECJournal of Engineering and Applied Sciences) tərəfdaşlara təqdimolunub və jurnalla bağlı mümkün elmi əməkdaşlıq imkanları müzakirəedilib.

UNEC
UNEC
UNEC
UNEC
UNEC
Məqalədə:
Seçilən
70
10
az.trend.az

10Mənbələr