AZ

Azərbaycan Milli Qvardiyasına – Komandan təyin edildi

Azərbaycan Milli Qvardiyasına yeni komandan təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq Sərəncam imzalanıb.

Sərəncama əsasən, polkovnik Ramin Babayev Milli Qvardiyanın komandanı kimi təsdiqlənib. Milli Qvardiya Prezidentin Təhlükəsizlik Xidmətinə tabedir. R. Babayev də bu təyinatadək həmin Xidmətin kadrlar idarəsinin rəisi işləyib.

Qeyd edək ki, Milli Qvardiyanın əvvəlki komandanı general-mayor Akif Yusifov bu yaxınlarda vəzifəsindən azad edilib. PTX-də islahatlar davam edir.

Seçilən
52
10
busaat.az

10Mənbələr