Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqiblərindən daha biri bəlli olub.
Msport.az xəbər verir ki, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın “Hermanştadt” kollektivi ilə üz-üzə gələcək.
“Turan Tovuz” növbəti görüşünü yanvarın 17-də Polşa təmsilçisi “Poqon”a qarşı keçirəcək.
Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.