AZ

Rusiyada Ukraynanın 130-a yaxın pilotsuz uçuş aparatı vurulub

Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən gecə Ukraynanın 129 pilotsuz uçuş aparatını vurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-ların hamısı Rusiya regionları üzərində vurulub.

Vurulan Ukrayna PUA-larından biri Rusiyanın Voronej vilayətində dəmir yolu xəttinə düşüb. Nəticədə qatarların hərəkətində gecikmə olub.

Seçilən
43
3
apa.az

5Mənbələr